09.08.2022

Quba rayonunda ibtidai sinif müəllimləri ilə görüş keçirilib

Quba rayonunda təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar 9 avqust tarixində ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Görüşün əvvəlində MDPİM-in direktoru N. Mehdiyeva çıxış edərək sertifikasiyanın qiymətləndirmə çərçivəsini şərh edib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı ətraflı məlumat verib. O, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri barədə danışıb.

Görüşdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Quba-Xaçmaz RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, həmçinin Quba və Qusar rayonlarının ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüş müzakirə və sual-cavab formatında davam edib. Yekunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.