09.08.2022

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində görüşlər keçirilir

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir.

9 avqust tarixində onlayn formatda baş tutan görüşdə spiker qismində EHİM-in direktorunun müşaviri və Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə çıxış edib. O, hal-hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu qeyd edərək sözügedən təlim haqqında fikir və təcrübələrini iştirakçılarla bölüşüb, dünya ölkələrində yaranan startaplardan, akselerasiya mərkəzlərindən məlumat verib. Həmçinin, G.Kazımzadə tələbələrlə karyera məsləhətləri haqqında da danışıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə ARTİ əməkdaşları və müvafiq sahə üzrə təhsil alan tələbələr iştirak ediblər.