04.08.2022

ARTİ və Yeni Azərbaycan Partiyasının birgə iştirakı ilə görüş keçirilib

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi təhsil sahəsində aparılan islahatlar öz nəticələrini verir. Cənab Prezident tərəfindən xüsusilə son illərdə aparılan islahatlar çərçivəsində Elm və Təhsil Nazirliyinin yaradılması ölkəmizdə təhsilin inkişafına təkan verəcək. M.Nağıyev ölkədə aparılan düzgün siyasət, YAP-ın ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında danışaraq partiyanın üzvlərini fəal olmağa çağırıb.
 
İclasda “Zərifə Əliyeva 96" ərazi partiya təşkilatının sədri Piralı Əliyev institutda ictimai fəaliyyət haqqında proqram və hesabat xarakterli çıxış edib.  Piralı Əliyev uğurlu fəaliyyətinə görə YAP tərəfindən fəxri fərmanla təltif olunub.
 
ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək cənab prezident İlham Əliyevin elm və təhsilin təkmilləşdirilməsi ilə bağlı fərmanın əhəmiyyəti haqqında əhatəli danışıb.
 
Daha sonra “Zərifə Əliyeva 96” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının yeni sədri müəyyənləşib. Belə ki, ARTİ-nin Elmi-pedaqoji Mərkəzinin direktoru İlham Cavadov ərazi partiya təşkilatının sədri seçilib.