29.07.2022

Lənkəranda start verilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsi öz işini davam etdirir

Düşərgənin 2-ci günündə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını müəyyənləşdirən tapşırıq nümunələri hazırlayır və onların məktəbdaxili qiymətləndirmədə rolunu müzakirə edirlər.

Əlavə olaraq, müəllimlər şagirdlərin kompüter və informasiya bacarıqlarının araşdırılması və bu bacarıqların təhsil prosesində istifadəsinə dair ətraflı məlumat əldə edirlər.

Xatırlatmaq istərdik ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyulun 30-na kimi davam edəcək.