21.07.2022

20 iyul tarixində keçirilmiş test imtahanları üzrə apellyasiya müraciətlərinə start verilir

Bu gün saat 11:00-dan etibarən ibtidai sinif, təsviri incəsənət və musiqi fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunacaq.
 
Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
 
Qeyd edək ki, apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.