19.07.2022

"İngilis dili və kimya fənni üzrə apellyasiya müraciətlərinə start verilir

18 iyul tarixində keçirilən MİQ müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Bu mərhələdə imtahanda iştirak edən namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 18 iyul tarixində ingilis dili və kimya fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.