18.07.2022

54-cü Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimizin uğuru

Çində 10-18 iyul tarixlərində onlayn şəkildə 54-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) təşkil edilib.

Belə ki, BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medal, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva bürünc medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Dəniz Səttarlı bürünc medal, Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüb.

Məktəblilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!