06.07.2022

MİQ müsabiqəsinin test imtahanı mərhələsinə start verilir

MİQ müsabiqəsinin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilir.

Test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!