04.07.2022

"CyberCamp 2022" yay düşərgəsində iştirak üçün qeydiyyatdan keçən iştirakçılar test imtahanında iştirak edib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2022” yay düşərgəsində iştirak üçün qeydiyyatdan keçən iştirakçıların ilkin biliklərinin yoxlanılması məqsədilə 2 iyul tarixində test imtahanı təşkil olunub.

Kampda iştirak üçün 150-dən çox namizəd test imtahanında iştirak edib. İmtahan 185 saylı orta məktəbdə baş tutub.

Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır. 

Uğurlu nəticə göstərən namizədlər müsahibəyə dəvət edilib.