29.06.2022

ARTİ və TED Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

29 iyun tarixində ARTİ və TED Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

ARTİ-nin direktoru Rüfət Əzizov institutun fəaliyyəti haqqında, xüsusilə dərsliklər, təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə təşkil olunan təlimlər, məktəblərdə müəllimlərə keçirilən metodik dəstək proqramları haqqında geniş məlumat verib.

Görüşdə hər 2 qurum arasında strateji araşdırmalar, tədqiqatlar və innovasiyaların əsas prioritet sayılan məsələlər olduğu qeyd olunub.

Görüş qarşılıqlı müzakirə formatında keçirilib.

Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, ARTİ-nin direktor müavini Ənvər Abbasov, EPTM-in direktoru İlham Cavadov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı, Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova, TED Universitetinin rektoru Prof. Dr. İhsan Sabuncuoğlu, prorektor Prof. Dr. Levend Parnas iştirak ediblər.