28.06.2022

"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində təlimçi hazırlığı keçirilib

21-24 iyun tarixlərində ARTİ MDPİM-də "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində təlimçi hazırlığı keçirilib. Qeyd olunan təlimlərin keçirilməsində məqsəd müxtəlif ixtisasartırma proqramlarında təlimçi kimi fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir.

MDPİM-in Əlavə təhsilin təşkili şöbəsinin müdiri Aqil Həsənov, Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə və əməkdaşı Lətafət Cütcüzadə tərəfindən keçirilən 18 akademik saatlıq təlim proqramı “Təlimçi portreti”, “Təlimçi bacarıqları” və “Dərs planının hazırlanması” mövzularını əhatə edib.

Təlim zamanı iştirakçılar adıçəkilən mövzularda müzakirələr aparıb, eyni zamanda fasilitasiya, təqdimat, ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirib və auditoriyanın idarə olunması, dərs planının hazırlanması kimi bacarıqlar üzərində refleksiya aparıblar.