23.06.2022

Lütfi Zadə adına məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

23 iyun tarixində Lütfi Zadə adına məntiq olimpiadasının mükafatlandırma mərasimi təşkil olunub. Tədbirə bilik yarışında qalib elan edilən 65 nəfər şagird dəvət olunub.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, ARTİ-nin direktor müavini Aytən Zamanova, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları,  ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, olimpiada Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.

Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri ilə Bakı şəhəri üzrə olimpiadalara hazırlıq dərsləri artıq 2-ci həftədir ki davam edir. Bölgələrdən olan qaliblərlə isə dərslər gələn tədris ilinin əvvəlindən etibarən keçiriləcək.

Tədbirin sonunda musiqi nömrələri təqdim olunub.