21.06.2022

İbtidai sinif rus bölməsi üzrə "Fonetika" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 

Növbəti vebinar 23 iyun tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə “Fonetika“ mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri T. Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd fonetika bölməsinə aid sualların izah olunmasıdır.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.