17.06.2022

"Əməkdaşların və elmi işçilərin elmi jurnallarda məqalələrinin dərc olunması üçün ORCID nömrələrinin alınması qaydası" adlı seminar keçirilib

13 iyun 2022-ci il tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Şükür Aslanovun “Əməkdaşların və elmi işçilərin elmi jurnallarda məqalələrinin dərc olunması üçün ORCID nömrələrinin alınması qaydası“ adlı  seminarı baş tutub.

Təlimin bu mövzuda keçirilməsini bir sıra səbəblərlə əlaqələndirmək olar:

-Tədqiqatçıların və araşdırmaçıların tanınması üçün elmi fəaliyyətlərin dünya müstəvisinə çıxarılması zərurəti;
-Təkrar elmi işlərin qarşısının alınması;
-Tədqiqatçıların yeni elmi sahələrə yiyələnməsi

Seminarda təlimçi “ORCID” kodunun mahiyyəti və faydaları, bu kodun tədqiqatçı üçün üstünlükləri, onun necə əldə edilməsi, ORCID hesabların yaradılması, parolların təyin edilməsi, texniki dəyişikliklər barədə məlumat verib.

Təlimçi çıxışında qeyd edib ki, "ORCID” tədqiqatçıların məlumatlarını dünya müstəvisində paylaşa bilməsi və tanınması üçün genişmiqyaslı bir kodlaşma sistemidir. Başqa sözlə, elmi və akademik şəxsiyyətləri tanıtdırmaq üçün istifadə edilən beynəlxalq sistemdir.

Qeyd edək ki, “ORCID” sistemi 16 Oktyabr 2012-ci ildə tədqiqatçı, araşdırmaçı, yazar, elmi və akademik şəxsiyyətlər üçün istifadəyə verilib.

Hal hazırda bir çox elmi elmi və akademik sistemlər “ORCID” bazası ilə yaxından əməkdaşlıq edir.

Seminarda ARTİ-nin əməkdaşları, əyani, qiyabi doktorantları və dissertantları  iştirak edib. 

Şükür Aslanovun təqdimatından sonra seminar iştirakçiların sualları ilə davam edib. Sualları  Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov cavablandırıb.