17.06.2022

"Müxtəlif tipli informasiyanın kodlaşdırılmasına aid məsələlər" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 22 iyun tarixində saat 17:00-da informatika fənni üzrə "Müxtəlif tipli informasiyanın kodlaşdırılmasına aid məsələlər" mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri 279 nömrəli tam orta məktəbin informatika müəllimi Anar Əhədli çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd müxtəlif tip informasiyanın (mətn, qrafik, səs və video) kodlaşdırılmasının izahı və tətbiq edilməsidir.

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.