17.06.2022

Azərbaycan dili və ədəbiyyat fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!

MİQ və Sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarlar davam edir.

21 iyun tarixində saat 15:00-da Azərbaycan dili və ədəbiyyat fənnindən imtahana hazırlaşan şəxslər üçün seminar olacaq. Əyani şəkildə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/zKwPgj6F7Tpu2PqL8

Seminar ARTİ MDPİM-də keçiriləcək və 2 saat davam edəcək.

Ünvan: Bakı şəhəri, M.Cəlal küçəsi, 71.

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.