16.06.2022

ARTİ nümayəndə heyəti Mərakeşdə keçirilən CONFİNTEA 7- Böyüklərin təhsili sahəsində beynəlxalq konfransda iştirak edir

ARTİ nümayəndə heyəti 15-17 iyun 2022-ci il tarixlərində Mərakeşdə keçirilən CONFİNTEA 7- Böyüklərin təhsili sahəsində beynəlxalq konfransda iştirak edir.

UNESCO tərəfindən hər 12 ildən bir təşkil olunan konfrans növbəti müddət üçün böyüklərin təhsili sahəsində qlobal prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edir. Konfransda böyüklərin öyrənməsi və təhsili perspektivlərinin ömürboyu təhsil kontekstində inkişaf etdirilməsi, ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılması, iqlim dəyişiklikləri, rəqəmsal bacarıqların inkişafı üzrə böyüklərin təhsil imkanlarının kəşf edilməsi, böyükləri peşələrin gələcəyi ilə bağlı dəyişikliklərə hazırlamaq, vətəndaş iştirakı və s. istiqamətləri əhatə edən qlobal çərçivə sənədinin qəbul edilməsi müzakirə edilir.