14.06.2022

Azərbaycan dilindən MİQ sual tiplərinin izahı

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 17 iyun tarixində saat 17:00-da keçiriləcək. Vebinar Azərbaycan dilindən MİQ sual tiplərinin izahına həsr olunub.

Vebinarda spiker qismində Kaspi liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi, ARTİ-nin təlimçisi Günel Hüseynova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.