13.06.2022

ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) təqdimatlarını davam etdirir

ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) təqdimatlarını davam etdirir.

MDPİM əməkdaşları 9 iyun tarixində 18 və 51 nömrəli tam orta məktəblərin, 10 iyun tarixində isə 178 nömrəli tam orta məktəbin inkişaf planını təqdim ediblər. 

Məktəbin İnkişaf Planı TKTA-nın inspeksiya hesabatı əsasında hazırlanır və 3 illik dövrü əhatə edir. İnkişaf istiqamətlərinə müəllimlərin və məktəb rəhbərliyinin peşəkar inkişafı, məktəbin idarə olunması, dəstəkləyici mühit, fənnin tədrisi ilə bağlı komponentlərin tətbiqi və şagird nailiyyəti daxildir.

Qeyd edək ki, ARTİ MDPİM əməkdaşları yanvar ayından etibarən 178 nömrəli tam orta məktəbin, mart ayından etibarən 18 və 51 nömrəli tam orta məktəblərin rəhbərliyi və müəllim kollektivi ilə mütəmadi görüşlər, təlim və seminarlar keçirib, dərsdinləmələr təşkil ediblər.