13.06.2022

Beynəlxalq olimpiadalara hazırlıq dərslərinə start verilib

ARTİ-nin təşkilatçılığı ilə 11-12 iyun tarixləri arasında Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən və 2021-2022-ci tədris ilinin 5-ci sinif şagirdləri üçün təşkil olunan Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri üçün əvvəlki illərin beynəlxalq olimpiada iştirakçıları və qalibləri tərəfindən dərslər təşkil olunub. Dərslərdə 40-a yaxın uşaq 8 akademik saat ərzində fundamental proqramlaşdırma biliklərinə giriş, yarış mühiti ilə tanışlıq və alqoritmik məsələlərin həlli mövzularında təlimlərdə iştirak edib, daha sonra praktiki olaraq öyrəndiklərini tətbiq edib.

Beynəlxalq informatika olimpiadalarına hazırlıq prosesi ARTİ və “Azercell Telekom”un əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunur. Bu müddət ərzində məktəblilərimiz müxtəlifmiqyaslı Beynəlxalq informatika olimpiadalarında 1 qızıl, 10 gümüş, 23 bürünc medal olmaqla ümumilikdə 34 medal qazanıblar.