10.06.2022

MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq edən namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də MİQ üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

Müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://bit.ly/3wTjGuM