10.06.2022

ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir

ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarı bu dəfə metodik dəstək göstərilən Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə təşkil edilib.

8 iyun tarixində ingilis dili fənnini tədris edən müəllimlər üçün keçirilən seminarda məktəbin ingilis dili müəllimi Dilşadxanım Fərzəliyeva IV sinif dərsliyində olan “Holidays” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarda təqdim olunan icmal əsasında sözlərin, nitq etiketlərinin düzgün tələffüzü, şagirdlərin mövzu ilə bağlı düşüncələrini aydın ifadə edə bilmələri üçün bilik və bacarıqlarının artırılması, mövzu ilə əlaqədar müzakirə suallarının qoyuluşu, yeni sözlərin izahı, standartlar ilə təlim məqsədləri arasındakı əlaqə, şagirdlərin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Seminar ərzində mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.