07.06.2022

Lisey və gimnaziyalara mərkəzləşmiş qaydada qəbul həyata keçiriləcək

Şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsi ilə (https://sy.edu.az) mərkəzləşmiş qaydada həyata keçiriləcək lisey və gimnaziyalara ərizə qəbulu 9 iyun 17:00-da başa çatacaq.

Bu mərhələdə sorğu yerləşdirilməli və buraxılış vərəqi əldə edilməlidir. Qeyd edək ki, qeydiyyat buraxılış vərəqi əldə edildikdən sonra tamamlanmış hesab edilir.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlər üzrə aparılacaq: 


   • 17 iyun 2022-ci il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün); 
   • 18 iyun 2022-ci il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);
   • 19 iyun 2022-ci il tarixində VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün); 
   • 20 iyun 2022-ci il tarixində isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib:

Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:


• Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;
• Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;
• Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;
• Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; 
• Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
• Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;

• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;

• Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;

• Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

• Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

• Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; 

• Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;

• Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.

     Digərləri:

• Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey; 
• Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; 
• Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; 

• Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;  
• Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

• Ağstafa şəhər  texniki-humanitar təmayüllü lisey; 
• Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
• Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.