03.06.2022

"Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi" adlı vebinar keçiriləcək

10 iyun tarixində saat 15:00-da “Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi” adlı vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bilkənt Universitetinin Təhsil fakültəsinin assistent professoru İlker Kalender çıxış edəcək.

Vebinarın məqsədi formativ qiymətləndirmədə istifadə oluna biləcək alətlərə nəzər salmaq, eləcə də təhsil ictimaiyyətinin, xüsusilə müəllimlərin məlumatlandırılmasını təmin etməkdir.

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.