31.05.2022

"Reduction" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 1 iyun tarixində saat 17:00-da ingilis dili fənni üzrə “Reduction” mövzusunda keçiriləcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin ingilis dili müəllimi Elşən Qurbanov çıxış edəcək. 

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.