27.05.2022

Xarici dil (ingilis dili) üzrə fənn kurikulumunun təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

24 may tarixində ARTİ-də xarici dil (ingilis dili) üzrə fənn kurikulumunun təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib. ARTİ və Dövlət İmtahan Mərkəzinin əməkdaşları xarici dil (ingilis dili) üzrə fənn kurikulumunun təkmilləşdirilməsi sahəsində görülmüş  işləri və gələcək fəaliyyətləri müzakirə ediblər. Görüşdə DİM və ARTİ-nin əməkdaşlığı ilə həyata keçirilən “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili)  təkmilləşdirilməsinə dəstək” layihəsinin nəticələri müzakirə olunub, hazırlanan hesabat və materialların, keçirilən təlimlərin bu istiqamətdə görüləcək işlərə töhfəsi vurğulanıb. Sözügedən layihə çərçivəsində xarici dil (ingilis dili) fənni üzrə kurikulumun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflər verilib. 

Aparılan müzakirədə Dövlət İmtahan Mərkəzindən Direktorlar Şurasının sədrinin müşaviri Məhəbbət Əkbərli, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş sektorunun müdiri Vəfa Ələkbərova, ARTİ-dən isə direktor müavini Ülkər Babayeva, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov və Təhsil standartları və proqramları şöbəsinin əməkdaşı Ülkər Zaidzadə iştirak edib.