25.05.2022

"Çoxalma, ontogenez" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 27 may tarixində saat 17:00-da biologiya fənni üzrə “Çoxalma, ontogenez” mövzusunda keçiriləcək.

Vebinarın məqsədi  “Çoxalma, ontogenez”  bölməsinə aid tapşırıqların izahını verməkdir.

Vebinarda spiker qismində Kimya-biologiya təmayüllü respublika liseyinin biologiya müəllimi Aidə Rzayeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.