24.05.2022

Avropa Fizika Olimpiadasında məktəblilərimiz uğur qazanıb

20-24 may tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 4 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev bürünc, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə bürünc, BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev bürünc, Bakı şəhəri, 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nicat Abbasov həvəsləndirici mükafat əldə edib.

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq.