23.05.2022

Vakansiya seçimi mərhələsi başa çatıb

Dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.

18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.

Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edən namizədlərə uğurlar arzulayırıq!