18.05.2022

"Baku Skills" müsabiqəsi üzrə finalçılar bəlli oldu!

"A" kateqoriyası üzrə (məktəblilər) 25 və "B" kateqoriyası üzrə (tələbələr) 11 komanda 26 - 29 may tarixlərində "TEKNOFEST Azərbaycan" festivalında öz layihələrini təqdim etmək imkanını qazanıblar!

Xatırlatmaq istəyirik ki, 1, 2 və 3-cü yerlərin qalibləri 28 may - Müstəqillik Günü, elan olunacaqlar.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək. Bakıda təşkil olunacaq “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

Festivalın keçirilməsində məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Aşağıdakı linklərə daxil olmaqla qalib gələn komandaların nəticələri ilə tanış ola bilərsiniz.

B mərhələsi A kateqoriyası

B mərhələsi B kateqoriyası