18.05.2022

Kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilib

18.05.2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları mərkəzində kimya fənni üzrə Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Kimya fənni üzrə final turunda 100-dən çox şagird iştirak edib. Final turunda şagirdlərə açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib.

Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan olunacaq.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirməklərinə şərait yaradılmasından ibarətdir.

 Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.