18.05.2022

ARTİ ilə Böyük Vitovt Universiteti arasında görüş keçirilib

18 may tarixində ARTİ-nin direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru Prof. Dr. cənab Juozas Augutis arasında görüş keçirilib.

Görüş zamanı ARTİ və Böyük Vitovt Universitetinin gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə ARTİ-nin direktor müavini Ülkər Babayeva, TKTA-nın sədr müavini Fərid Osmanov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva iştirak edib və müəllimlərin hazırlığı mövzusu üzrə fikir mübadiləsi  aparılıb.