17.05.2022

ARTİ doktorantları üçün akademik tədqiqat təlimləri davam edir

ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC tərəfindən keçirilən təlimlər davam edir.

Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub.

Layihənin əsas məqsədi isə Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatların artırılmasına nail olmaqdır. Təlimlərin ümumilikdə 20 nəfərdən ibarət 2 qrup üçün “Tədqiqat metodları”, “Akademik yazı” və “Statistik və analitik təhlil” modullarından ibarət olması nəzərdə tutulub.  

18-24 aprel tarixlərində 2-ci qrup üçün baş tutan “Tədqiqat metodları” modulu artıq başa çatıb. Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda ADA Universitetinin baş müəllimi Lalə Cumayeva tədris edib. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub.

Nəzərinizə çatdıraq ki, 1-ci qrup üçün “Akademik yazı” modulu isə 16 may tarixində başlayıb.