17.05.2022

RFO-nun riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə qalibləri elan olunub

14 may tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində riyaziyyat, fizika, biologiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesi yekunlaşıb və nəticələr açıqlanıb.

Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb.

15 may tarixində ADA universitetində və Bakı Mühəndislik Universitetində keçirilən informatika fənni üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun yekun nəticələri də artıq məlumdur. İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50%-i 5 qızıl medalçı , 8 gümüş medalçı , 12 bürünc medalçı olmaqla qalib elan edilib.

Yekun nəticələr ilə olimpiada.edu.az saytı vasitəsilə tanış ola bilərsiniz. 

Məktəblilərimizi təbrik edir və onlara yeni uğurlar arzulayırıq!

Qeyd edək ki, RFO “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.