17.05.2022

ARTİ riyaziyyat fənni üzrə hazırlanan yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb

ARTİ Sinqapurun Marşal Kavendiş İnstitutunun mentorluğu ilə riyaziyyat fənni üzrə hazırlanan yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində riyaziyyat fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib.  

Tədbirdə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov tərəfindən kurikulumların təkmilləşdirilməsi prosesi və I-XI siniflər üzrə riyaziyyat fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə məlumat verilib. 

Tədbirdə iştirakçı müəllimlər riyaziyyat fənninin kurikulumunda nəzərdə tutulan yenilikləri yüksək qiymətləndirib və bu istiqamətdə ictimai müzakirələrin aparılmasını təqdirəlayiq hesab edib. 

Müəllimlər sözügedən yeniliklərə münasibət bildirərək yeni təkliflər irəli sürüb.  

Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.