17.05.2022

ARTİ mütəxəssis vəzifəsinə vakansiya elan edir

ARTİ İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.     
 
Tələblər:
 
Müvafiq sahədə iş təcrübəsi;
Ali  təhsil;
Kompüter proqramları üzrə biliklər;
Qrafik dizayn üzrə fundamental bacarıqlar;
“Photoshop”, “CorelDRAW”, “Adobe İllustrator” və “Microsoft Office” proqramlarında işləmək bacarığı;
Kreativlik (yaradıcı potensial);
Yeniliyə və peşəkar inkişafa açıqlıq;
Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
Stressə qarşı davamlılıq;
Əməkdaşlıq və komandada işləmək bacarığı; 
Məsuliyyətlilik.
 
Vəzifə öhdəlikləri:
 
Gündəlik dizayn işləri ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi:
Sosial Media postlarının hazırlanması.
Promo məhsulların dizaynı ;
Çapa gedən məhsulların hazırlanması ;
Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi ;
Rəhbərliyin verdiyi tapşırıqların yüksək dəqiqlik və vaxtında təhvil verilməsi
 
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən “Qrafik Dizayner” başlığı altında  [email protected] e-mail ünvanına CV və Portfolionu göndərmələri xahiş olunur.
 
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.