15.05.2022

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilib

15 may 2022-ci il tarixində ADA Universitetində və Bakı Mühəndislik Universitetində informatika fənni üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Final turunda 80 şagird iştirak edib. Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu üzrə isə 5 saat vaxt verilib.

Qeyd edək ki, RFO informatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilir.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

RFO “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!