17.05.2022

Fizika fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək üçün müraciət edən şəxslərin nəzərinə!

Nəzərinizə çatdıraq ki, 18 may 2022-ci il tarixində saat 15:00-da təşkil ediləcək seminar üçün daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat vaxtından əvvəl dayandırılıb!

Digər şəxslər yaxın vaxtlarda elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə növbəti seminarlarda iştirak edə bilərlər.

Həmçinin seminarın keçiriləcəyi ünvanda da dəyişiklik olunub!

Seminar 240 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 20.