16.05.2022

"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimçilərlə görüş keçirilib

ARTİ MDPİM tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı layihə üzrə təlimçilərlə 13 may 2022-ci il tarixində görüş keçirilib.
 
Görüş zamanı peşəyönümü xidmətinin təşkili ilə bağlı aşağıdakı məsələlər ətrafında təlimçilərlə müzakirələr aparılıb:
 
- peşəyönümü işinin təşkili;
- peşəyönümü koordinatorlarının hazırki fəaliyyəti;
- məktəblərdə fəaliyyət planının icrası ilə bağlı məsələlər;
- peşəyönümü koordinatorlarının məktəbdə qarşılaşdıqları çətinliklər;
- işin hesabatlılığının təmin olunması məsələləri;
- peşəyönümü işinin təşkili ilə bağlı növbəti təlim mövzularının müzakirəsi.
 
Qeyd edək ki, bugünədək ölkə üzrə 4000-ə yaxın peşəyönümü koordinatoru təlimlərə cəlb olunub.  "Peşəyönümü xidmətinin təşkili" üzrə təlimlərin növbəti mərhələsinin may ayının sonunda başlanılması planlaşdırılır.
 
Əlavə olaraq bildiririk ki, “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi ilə bağlı sual, rəy və təkliflərinizi Metodik dəstək və peşəkar inkişaf mərkəzinin [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.