16.05.2022

Məktəblilərimiz Kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında uğurlu nəticələr əldə edib!

Özbəkistanda təşkil olunan Kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında məktəblilərimiz uğurlu nəticələr əldə edib!  

Belə ki, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva və Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüb.

Məktəblilərimizi təbrik edərək onlara yeni uğurlar arzulayırıq!