13.05.2022

ARTİ mütəxəssis vəzifəsinə vakansiya elan edir

ARTİ Məktəbəqədər təhsilin inkişafı şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İş haqqında məlumat:

Müvafiq mütəxəssis İnstitutun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparır, araşdırmanın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi istiqaməti üzrə təkliflər verir, metodik tövsiyələrin yazılmasına cəlb olunur.

Tələblər:

  • Ali pedaqoji təhsil;
  • Təhsil sahəsində 3 ildən çox təcrübə;
  • Təhsil siyasəti üzrə biliklər;
  • Məktəbəqədər təhsil pilləsində məzmun, təlimin inteqrativ təşkili, təlim metodları və uşaq inkişafının dəyərləndirilməsi üzrə biliklər;
  • Erkən uşaq inkişafı, məktəbəqədər psixologiya və pedaqogika, eləcə də müasir pedaqoji yanaşmalar barədə məlumatlılıq;
  • Analitik və empirik araşdırmalar aparmaq bacarığı;
  • Kompüter proqramları üzrə bacarıqlar;
  • Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzuolunandır);
  • Əməkdaşlıq və komandada işləmək bacarığı;
  • Yeniliyə və peşəkar inkişafa açıqlıq;
  • Təhsil sahəsində işləmək həvəsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 27.05.2022-ci il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.