10.05.2022

Fənn olimpiadalarının I final turunun nəticələri açıqlanıb

Nəzərinizə çatdıraq ki, 7 may 2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.  Artıq yoxlama və yazı işlərinə baxış prosesi yekunlaşıb və nəticələr açıqlanıb.

Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıblar.

Nəticələrə https://olimpiada.edu.az/ saytında baxa bilərsiniz.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Qeyd edək ki, RFO “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.