10.05.2022

Yerdəyişmə müsabiqəsi üzrə vakansiya seçimi mərhələsi başlayır

Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir. İlkin vakansiya seçimi mərhələsində Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən şəhid ailələrinin üzvləri iştirak edəcəklər. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə 14 may saat 11:00-dək davam edəcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!