06.05.2022

ARTİ MDPİM tərəfindən pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər üçün təlimlərə start verilib

Ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan müəllimlər üçün aprel ayından etibarən onlayn təlimlərin keçirilməsinə başlanılıb. Qeyd olunan müəllimlər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya, informatika, musiqi, təsviri incəsənət və təlim strategiyaları ilə bağlı müvafiq təlimlərə cəlb olunublar. 

Nəzərinizə çatdıraq ki, sözügedən müəllimlər 2021/2022-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müəllim təyin olunublar.

Adıçəkilən istiqamətlər üzrə təlimlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.