03.05.2022

Yaz düşərgəsinin növbəti günü

ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində Quba rayonunda keçirilən düşərgə çərçivəsində təcrübəli müəllimlər və mentorlar tərəfindən xüsusi hazırlanmış müxtəlif mövzulu təlimlər həyata keçirilmişdir.

Düşərgənin növbəti qonaqları Fuad Əliyev “Müasir dünyanın inkişafında kriptoqrafiyanın rolu”, “Sabah.Lab” Akselerasiya mərkəzinin əməkdaşı Orxan Abbasov isə “Startapa necə başlamalı” mövzusunda təqdimat etmiş və tələbələrin ideyalarını və innovasiya potensiallarını dəyərləndirmişdir.

Asudə vaxt üçün nəzərdə tutulan vaxtda düşərgə iştirakçılarının əylənərək öyrənməsi üçün müxtəlif idman və bilik yarışları təşkil edilib.