28.04.2022

RFO respublika mərhələsinin final turunun tarixləri elan edilib

8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, informatika, fizika, kimya, biologiya) 2 yaş qrupu (aşağı və yuxarı yaş qrupu) üzrə keçirilən RFO final turunun tarixləri məlum olub.

İmtahanın keçiriləcəyi yer və tarixlər aşağıdakı cədvəldə verilmişdir. İştirakçılar buraxılış vərəqələrini 29.04-05.05.2022  tarixləri ərzində portal.edu.az platforması vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.