24.04.2022

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edilib. Müsabiqə 84 mərkəzdə 10000-ə yaxın şagirdin iştirakı ilə keçirilib. İmtahan nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz.

Qeyd edək ki, şagirdlərimiz müxtəlif beynəlxalq müsabiqə və olimpiadalarda iştirak edir, nailiyyətlər əldə edirlər. ARTİ “Kenquru” riyaziyyat müsabiqəsinin ölkədə keçirilməsi üçün bu müsabiqə üzrə fəaliyyət göstərən Beynəlxalq Komitədən razılıq əldə edib. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. 

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.