21.04.2022

Layihə çərçivəsində video təlimat hazırlanıb

“Mina nədir və şagirdlər onun hansı növlərini bilməlidir?”, “Tələ və oyuncaq tipli hərbi sursatlar hansılardır?”, “Mina hansı hallarda partlayır?” və “Minalanmış ərazilərdə davranış qaydaları hansılardır?” kimi sualların cavabları “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində hazırlanan video təlimatlarda öz əksini tapıb.

Sözügedən təlimatlar müəllimlərin Partlayıcı Sursatların Təhlükəsinə dair maariflənməsini, həmçinin metodiki biliklərinin davamlılığını təmin etmək məqsədi daşıyır. Belə ki, adıçəkilən layihə çərçivəsində Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə rayonlarının, eləcə də digər rayonlarda fəaliyyət göstərən məcburi köçkün ümumtəhsil müəssisələrinin 1000-dən çox müəlliminə mina və digər partlayıcı sursatların təhlükəsinə dair müvafiq təlimlər keçirilib. Hazırlanan video materiallar müəllimləri partlayıcı sursatların növləri, çirklənmiş ərazilərdə davranış qaydaları və nişanlanmış əraziləri tanıma kimi mövzularının tədrisi barədə təlimatlandırır. Bildirmək lazımdır ki, video təlimatların məzmunu ARTİ, ANAMA və UNICEF-in sahə üzrə mütəxəssisləri tərəfindən hazırlanıb.   

Qeyd edək ki, “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir.

Video təlimatlara baxmaq üçün linkə keçid edə bilərsiniz:

“Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində hazırlanan video təlimat-1

“Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində video təlimat-2

 

English:

"What is a landmine and what types of weapons should students be aware of?", "What are traps and toy ammunition?", "When might a landmine explode?" and "What are the rules of conduct in mined areas?" The answers to such questions are reflected in the video guides developed as part of the Explosive Ordnance Risk Education (EORE) Training Programme for Teachers.

The purpose of these guidelines is to educate teachers on the risks of explosive ordnances, as well as to ensure the continuity of their methodological knowledge. Thus, within the framework of the project, more than 1,000 teachers of secondary internally displaces people (IDP) schools in Agdam, Tartar, Fizuli, Goranboy, Khojavend, Agjabadi, Beylagan, Goygol, Dashkasan, Barda districts, as well as other districts were informed about the risks of landmines and other explosives throught the trainings held. The video materials instruct teachers on the types of explosives, rules of conduct in contaminated areas and recognition of marked areas. It should be noted that the content of the video guides was developed by experts in the field from the Institute of Education, ANAMA and UNICEF.

Explosive Ordnance Risk Education (EORE) Training Programme for Teachers was signed between the Ministry of Education of the Republic of Azerbaijan, the United Nations Children's Fund (UNICEF) and the Azerbaijan Mine Action Agency (ANAMA). and the Joint Action Plan for Children's Awareness 2021-2022” with the financial support of the European Union.