21.04.2022

ARTİ aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi Əlavə təhsilin məzmunu şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
 
İş haqqında məlumat:
- ixtisasartırma proqramlarını, metodik vəsaitləri dəyərləndirərək rəy yazmaq; 
- ixtisasartırma proqramları ilə bağlı təkliflər vermək; 
- müxtəlif mənbələrdən elmi-pedaqoji araşdırmalar etmək;
- müəllimlər üçün metodik tövsiyələr hazırlamaq; 
- müvafiq proqramlar üzrə qiymətləndirmə vasitələri hazırlamaq. 
 
Namizəd üçün tələblər:
- Elm və ya təhsil sahəsində minimum 5 il təcrübə;
- Təhsil siyasəti üzrə biliklər;
- Analitik təfəkkür və problem həll etmə bacarığı;
- Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dilində   araşdırma və tərcümə etmək bacarığı (rus dili arzuolunandır);
- Əməkdaşlıq və komandada işləmək bacarığı;
- Yeniliyə və peşəkar inkişafa açıqlıq.
 
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 25.04.2022-ci il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
 
Qeyd edək ki, yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.