20.04.2022

Tələbələrin şəxsi inkişafları ilə bağlı təlim və seminarlar başlayıb

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində təcrübə keçən Qərbi Kaspi Universitetinin tələbələri üçün nəzərdə tutulmuş təlim və seminarlara start verilib. 

Təcrübəçi tələbələrin həm öz ixtisasları ilə bağlı müvafiq təcrübə qazanmaları, həm də əsas həyat bacarıqlarına yiyələnmələri istiqamətində onlara “Magistraturaya ixtisas seçimi zamanı əsas şərtlər”, “Məktəbdaxili qiymətləndirmə və onun növləri”  və “Peşəkar həyatda lazım olan bacarıqlar və EQ” mövzularında seminarlar keçirilib. Sonda isə mövzularla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, tələbələrin şəxsi inkişafları ilə bağlı təlim və seminarlar növbəti həftələrdə də təşkil olunacaq.